Roman Burko
Layihənin sahibi
Sevastopol, Ukrayna
İrakli Komaxidze
Layihənin şərikli sahibi
Gürcüstan
İnformNapalm komandasının fəaliyyəti geniş və çoxşaxəlidir. Biz təkcə Rusiyanın Ukraynaya qarşı elan edilməmiş müharibəsini, Krımın işğalını, Rusiya xüsusi xidmət orqanlarının terror fəaliyyətini, eləcə də özlərini “DNR”, “LNR”, “Novorossiya” və digər adlarla təqdim edən radikal silahlı qruplaşmaların əməllərini işıqlandırmaqla kifayətlənmirik. Komandamızın üzvləri müxtəlif könüllü təşəbbüslərdə də fəal iştirak edirlər.
İnformNapalm komandasında keçmiş hərbçilər, jurnalistlər, analitiklər, tərcüməçilər və ictimai fəallar könüllülük əsasında çalışırlar. Dinc həyatda hər birimizin fərqli peşəsi var. Lakin müharibə Ukraynaya gəldikdən sonra hamımız əsgərə çevrildik – informasiya cəbhəsinin əsgərlərinə.
Komandamızın bəzi üzvləri antiterror əməliyyatı (ATO) zonasına dəfələrlə ezam olunublar. Bir çoxumuz işğal olunmuş ərazilərdə yaşayırıq, bəzilərimiz isə xaricdə olarkən imkanımız daxilində kömək göstəririk. Biz hamımız Ukraynanı sevən, onun azad və firavan olmasını istəyən adi insanlarıq. Ukraynanın taleyi siyasətçilərdən, məmurlardan və oliqarxlardan deyil, məhz bizimlə sizin iradəmizdən asılıdır.
İnformNapalm.org saytı Rusiyanın təcavüzü barədə məlumatların ictimaiyyətə çatdırılmasına həsr olunub. Səhifələrimizdə Kremlin faşist mahiyyətini və ona xidmət edən qüvvələrin fəaliyyətini ifşa edirik. Burada özünəməxsus analitik məqalələr, açıq mənbələrin monitorinqi zamanı toplanmış materiallar, məlumatlı şəxslərdən alınan xəbərlər və hadisələrin bilavasitə iştirakçılarının təqdim etdiyi məlumatlar dərc olunur.
Yalnız birlikdə müqavimət göstərə və qələbə qazana bilərik!
Düşməni informasiya napalmı ilə yandırırıq!
© İnformNapalm











