• Baş səhifə
  • Analitika
  • Xəbərlər
  • Rusiya
  • Ümumdünya
  • Donbas
  • Ukrayna
  • Analitika
  • Krım
  • Suriya
  • Azərbaycanca (AZ)
  • Русский (RU)
  • Українська (UA)
  • English (EN)
  • Deutsch (DE)
  • Français (FR)
  • Español (ES)
  • Polska (PL)
  • Italiano (IT)
  • Türkçe (TR)
  • Беларуская (BY)
  • Slovenský (SK)
  • Čeština (CZ)
  • Lietùvių (LT)
  • ქართული (GE)
  • Nederlands (NL)
  • Português (PT)
  • Magyar (HU)
  • Български (BG)
  • 中文 (CN)
  • 日本語 (JP)
  • Svenska (SV)
  • 한국어 (KR)
  • Татарча (TAT)
  • العربية (AR)
Language (Azərbaycan)
  • Українська (UA)
  • Русский (RU)
  • English (EN)
  • Deutsch (DE)
  • Français (FR)
  • Español (ES)
  • Беларуская (BY)
  • Български (BG)
  • Polska (PL)
  • Čeština (CZ)
  • Slovenský (SK)
  • Lietuvių (LT)
  • Latvijas (LV)
  • Nederlands (NL)
  • Português (PT)
  • Italiano (IT)
  • Svenska (SV)
  • Norsk (NO)
  • Dansk (DK)
  • ქართული (GE)
  • Română (RO)
  • Magyar (HU)
  • Ελληνικά (EL)
  • Deutsch (AT)
  • العربية (AR)
  • Türkçe (TR)
  • Azərbaycan (AZ)
  • Татарча (TAT)
  • 日本語 (JP)
  • 中文 (CN)
  • 한국어 (KR)

    Logo

    İnformNapalm-ı dəstəkləyin
    Navigation
    • Ana səhifə
    • Xəbərlər
      • Rusiya
      • Ümumdünya
      • Donbas
      • Ukrayna
      • Analitika
      • Krım
      • Suriya
    • Haqqımızda
    • Əlaqə
    • Dillər

    Rusiya Baş Qərargahı silahlı qüvvələrdə Telegram istifadəsini qadağan edib

    By 2476 | on Mart 18, 2026 | 0 Comment | Analitika | Rusiya | Xəbərlər
    • cz
    • ua
    • tr
    • az
    • sv
    • no
    • dk
    • at
    Rusiya ordusunda Telegram istifadəsinə qadağa tətbiq edildi

    CYBINT fəaliyyətləri çərçivəsində İnformNapalm tərəfindən, Rusiya silahlı qüvvələrinin Əsas Rabitə İdarəsinin rəisi və eyni zamanda Baş Qərargah rəisinin müavini tərəfindən daha əvvəl yayımlanmış direktivlərə istinad edən daxili sənədin müvafiq hissəsinə çıxış əldə olunmuşdur. Sözügedən sənəd 177/61/8/384/14 nömrəsi ilə qeydiyyata alınmış və 5 noyabr 2025-ci il tarixini daşıyır.

    Sənəd, Rusiya hərbi rəhbərliyi tərəfindən guya xüsusi hərbi əməliyyat zonasında bölmələrarası rabitə üzərində nəzarətin gücləndirilməsinə yönəlmiş tədbirlərin növbəti nümunəsini təşkil edir.

    Açıq rabitə kanallarının istifadəsinin qadağan edilməsi

    Bölmə komandirlərinə Telegram mesajlaşma xidməti ilə yanaşı digər açıq rabitə kanallarının; əmrlərin ötürülməsi, rəsmi yazışmaların aparılması, hədəf təyinatı məlumatlarının ötürülməsi və digər xidməti məlumatların paylaşılması məqsədilə istifadəsinin tam şəkildə dayandırılması barədə göstəriş verilmişdir.

    Sənəddə qeyd olunur ki, bu məhdudiyyətlərin tətbiqinin məqsədi düşmənin texniki kəşfiyyat imkanlarına qarşı qoymaq və informasiya sızma kanallarını bağlamaqdır. Rusiya hərbi rəhbərliyi tərəfindən bu qadağa Ukrayna kəşfiyyat strukturlarının Telegram da daxil olmaqla açıq rəqəmsal rabitə kanalları üzərində geniş nəzarət həyata keçirdiyi iddiası ilə əsaslandırılır.

    Qapalı hərbi sistemlərə keçidin təmin edilməsi

    Açıq platformaların istifadəsi əvəzinə Rusiya hərbi heyətinə yalnız hərbi rabitə sistemi çərçivəsində istifadə olunan xüsusi proqram təminatından istifadə etmək öhdəliyi qoyulmuşdur. Bu çərçivədə göstərilən sistemlər KTS Svyaz, Çerepaha, Groza, Repey, Mişutka və sertifikatlaşdırılmış Rusiya mesajlaşma xidməti Postlink kimi sadalanır.

    Məxfi olmayan xidməti məlumatların belə yalnız bu sistemlər vasitəsilə ötürülməsi nəzərdə tutulur. Bu isə əvvəllər istifadə olunan açıq rabitə kanallarının tamamilə tərk edilməsi deməkdir.

    Əlavə məhdudiyyətlərin tətbiqi

    Sənəddə həmçinin bir sıra əlavə qadağalara yer verilir. Bu qadağalar bölmələrin yerləşmə əraziləri, şəxsi heyətin sayı, mövcud texnika və yerinə yetirilən tapşırıqlar barədə məlumatların açıq mobil rabitə kanalları vasitəsilə ötürülməsini əhatə edir.

    Bundan əlavə Ukrayna mobil operatorlarına aid SIM kartların istifadəsi, eləcə də ələ keçirilmiş texniki cihazların və məlumat daşıyıcılarının istifadəsi qadağan olunur. Xidmət zamanı hərbi heyətin smartfonlardan istifadəsi də qadağandır. Bununla yanaşı simsiz rabitə kanalları vasitəsilə məlumat ötürən xarici mobil rabitə vasitələrinin istifadəsi də qadağan edilir.

    Bu qadağaların əhatə dairəsi nəticəsində hərbi heyət xidməti rabitənin bütövlükdə yalnız səlahiyyətli orqanlar tərəfindən təsdiq olunmuş sistemlər vasitəsilə aparılmasına məcbur edilir.

    Rusiya Baş Qərargahı Telegram-ı hərbi personal üçün qadağan edir

    Qadağanın Rusiya silahlı qüvvələrinə təsirlərinin qiymətləndirilməsi

    Göstərişlərin Telegram vasitəsilə deyil, digər qorunan rabitə kanalları vasitəsilə ötürüldüyü müəyyən edilmişdir. Bu hal Rusiya hərbi rəhbərliyinin silahlı qüvvələr daxilində açıq mesajlaşma xidmətlərinin geniş istifadə olunduğunun fərqində olduğunu göstərir.

    Telegram praktikada bir çox bölmə üçün əmrlərin, koordinatların və digər operativ məlumatların ötürüldüyü sürətli sahə rabitəsi vasitəsinə çevrilmişdir. Buna görə platformanın tam şəkildə qadağan edilməsi Rusiya silahlı qüvvələri üçün ciddi bir dilemma yaradır.

    Bir tərəfdən qadağanın informasiya sızmalarını məhdudlaşdırmaq məqsədi daşıdığı qiymətləndirilir. Digər tərəfdən isə müharibə şəraitində formalaşmış mövcud operativ rabitə kanallarının fəaliyyət qabiliyyətini itirməsi riski mövcuddur.

    Starlink çıxışının itirilməsindən sonrakı təsirlər

    Problemin Rusiya hərbi heyətinin daha əvvəl geniş miqyasda qanunsuz yolla əldə edilmiş Starlink terminallarından istifadə etmiş olması səbəbindən daha da dərinləşdiyi qiymətləndirilir. Nəzarətin gücləndirilməsi və bloklanmalar nəticəsində bu rabitə kanalının əhəmiyyətli dərəcədə aradan qalxdığı qeyd olunur.

    Bu şəraitdə Rusiya dövlət strukturları tərəfindən tətbiq edilən daxili qadağaların bölmələrarası rabitə imkanları üzərində əlavə yük yaratdığı qiymətləndirilir. Tədbirlərin rəsmi olaraq informasiya təhlükəsizliyi ehtiyacı ilə əsaslandırıldığı bildirilir. Bununla belə praktikada bu cür məhdudiyyətlərin informasiya sızmalarını azaltmaq müqabilində operativ idarəetmə və nəzarət qabiliyyətinin zəifləməsinə səbəb ola biləcəyi qeyd olunur.

    Sənəd sızmaları ilə mümkün əlaqənin araşdırılması

    Rusiya silahlı qüvvələrinin Əsas Rabitə İdarəsi rəisinə aid direktivlərin 5 noyabr 2025-ci il tarixli olduğu göstərilir. Bir gün əvvəl İnformNapalm tərəfindən Su-57 və PAK DA Poslannik proqramları üçün komponentlər istehsal edən bir istehsalçıya aid məxfi sənədləri əhatə edən OKBMLeaks adlı araşdırmanın yayımlandığı bildirilir.

    Sözügedən araşdırmanın 13 dildə yayımlandığı və Rusiyanın strateji hava qüvvələri üçün komponentlər hazırlayan bir şirkətə aid geniş həcmli daxili sənəd materialı özündə ehtiva etdiyi qeyd olunur. Zaman baxımından bunun təsadüf ola biləcəyi qiymətləndirilsə də, materialın məxfilik səviyyəsi nəzərə alındıqda sızmalarla əlaqə ehtimalının istisna edilmədiyi bildirilir.

    Bu hadisələrdən sonra Rusiya hərbi rəhbərliyi tərəfindən rəqəmsal rabitə kanalları üzərində nəzarətin sürətlə gücləndirildiyi qeyd olunur. Bu prosesin mövcud sistemlərin operativ səmərəliliyinin azalması bahasına həyata keçirildiyi qiymətləndirilir.

    Qadağanın əsas məqsədinin qiymətləndirilməsi

    Bu cür direktivlərin mövcudluğu informasiya sızmalarının Kremlin üçün sistemlərarası problem olaraq qalmaqda davam etdiyini göstərir. Bununla yanaşı Telegram qadağasının praktikada Rusiya hakimiyyət orqanları üçün fərqli funksiyanı yerinə yetirdiyi qiymətləndirilir.

    Rusiyadakı yüksək vəzifəli şəxslər tərəfindən bu qadağanın ictimaiyyət tərəfindən mənfi qarşılanan qərarların əsaslandırılması üçün istifadə olunduğu bildirilir. Hərbi dairələrdə və sözdə Z kanallarında bu tədbirin fəaliyyətə mənfi təsir göstərən daha sərt nəzarət cəhdi kimi qəbul edildiyi qeyd olunur.


    İnformNapalm-dan digər məqalələri oxuyun

    • Krım üzərindən 291-ci alay və Vostok-Axmatın silah qaçaqmalçılığı
    • Rusiya Starlink-in hücum PUA-larında istifadəsini artırır və sanksiyalardan yayınır
    • Ukraynalı hakerlər Rus PUA operatorlarının Belarus infrastrukturundan istifadə etdiyini ifşa edib

    InformNapalm Veb saytımıza bir link paylaşdığınız üçün çox sağ olun! Creative Commons – Attribution 4.0 International – CC BY 4.0. Facebook, Twitter və Telegram-da İnformNapalm səhifələrini oxuyun.

    İnformNapalm-ın heç bir hökumət və ya sponsor tərəfindən maliyyə dəstəyi yoxdur. Yeganə sponsorlarımız fərdi könüllülər və oxuculardır. Siz həmçinin Buymeacoffee vasitəsilə aylıq mini ianələr etməklə İnformNapalm-a dəstək ola bilərsiniz.

    Tags: Baş Qərargahhərbi qadağalarhərbi rabitəinformasiya təhlükəsizliyiqapalı rabitə sistemləriRusiyaRusiya ordusuTelegram qadağası

    Comments are closed.
    İnformNapalm-a bir qəhvə alın
    Dzyanis İvaşin
    Tam miqyaslı işğalda iştirak edən Rusiya hərbi hissələrinin məlumat bazası

    Alovlar içində Donbas: Münaqişə zonasına bələdçi kitabını oxuyun"Alovda Donbas - Münaqişə Zonası Bələdçisi" kitabını oxumağı tövsiyə edirik. Prometey Mərkəzi tərəfindən nəşr olunan bu əsər, tədqiqatçılar, müdafiə mütəxəssisləri, jurnalistlər, diplomatlar və Ukraynanın şərqindəki müharibə haqqında daha çox məlumat əldə etmək istəyən hər kəs üçün dəyərli bir mənbədir. Bu kitabı oxuyaraq, regiondakı mürəkkəb dinamikaları və cari vəziyyəti daha dərindən anlamaq imkanına sahib olacaqsınız.

    Ödənişsiz PDF yükləyin
    • Popular
    • Recent
    • Comments
    • Rusiyanın xüsusi əməliyyat qüvvələrinin kəşfiyyat və zərbə kompleks doktrinası İran hücumlarının effektivliyini artırır

      Aprel 9, 2026 - 0 Comment
    • Rusiya peşəkər ordusu Ukraynada. Araşdırma və infoqrafika.

      Sentyabr 11, 2015 - 0 Comment
    • Rusiya Belarus sərhədi boyunca PUA infrastrukturu formalaşdırıb

      İyun 14, 2026 - 0 Comment
    • Rusiya – terrorizmin sponsorudur

      Dekabr 21, 2015 - 0 Comment
    • Rusiyanın xüsusi əməliyyat qüvvələrinin kəşfiyyat və zərbə kompleks doktrinası İran hücumlarının effektivliyini artırır

      Aprel 9, 2026 - 0 Comment
    • Rusiya Belarus sərhədi boyunca PUA infrastrukturu formalaşdırıb

      İyun 14, 2026 - 0 Comment
    • İnsanlar və kimlik uğrunda mübarizə: Ukrayna Rusiyanın imperialist paradigmasını daxildən necə sarsıda bilər

      May 19, 2026 - 0 Comment
    • Rusiyanın Ukraynaya qarşı müharibəsi dövründə Portuqaliyada siyasi mühit

      May 14, 2026 - 0 Comment

    Ukrayna xəbərləri Azərbaycan dilində

    İnformNapalm, Rusiyanın Ukraynaya qarşı müharibəsi haqqında məcmu faktları, rus işğalçıları haqqında təfərrüatları və Rusiyanın hibrid müharibəsi haqqında xəbərləri dərc edən qurulmuş onlayn resursdur. Toplanan məlumatlara əlavə olaraq videolar, fotoşəkillər, peyk şəkilləri və sosial media da işlənir. Bizim işimizdə düşmən xəttinin arxasında olan xalqımız mühüm rol oynayır. İnformNapalm-ın könüllüləri Ukraynadakı döyüşlərdə iştirak edən Rusiya silahları və hərbi birləşmələri haqqında unikal interaktiv məlumat bazası hazırlayıblar. Fəaliyyətimizin mühüm hissəsi faktların yoxlanması, medianın monitorinqi və Rusiya dezinformasiyasına qarşı mübarizədir. Bundan əlavə, İnformNapalm Gürcüstanda, Suriyada, Şərqi və Mərkəzi Avropanın digər ölkələrində və Yaxın Şərqdə davam edən hibrid münaqişələrdə Rusiya rejiminin real rolu barədə dünyaya məlumat verir. İnformNapalm-a necə dəstək ola biləcəyiniz haqqında ətraflı oxuyun.

    CC BY 4.0 - Məqalədə başqa hal nəzərdə tutulmayıbsa, bütün məzmun Creative Commons 4.0 Beynəlxalq Lisenziyasına əsasən lisenziyalaşdırılıb.

    ETİKETLƏR

    ATƏT Cyber Resistance Donbas Donbass InformNapalm Krım NATO OSINT PUA Rusiya Ukrayna Ukraynadan xəbərlər
    • Ana səhifə
    • Gizlilik siyasəti
    • Əlaqə
    • Dillər
    © 2014-2015. «InformNapalm». All Rights Reserved.